Sulla base della dichiarazione di indipendenza adottata dal Parlamento dell’Azerbaigian in data 28 maggio 1918 e guidato dalla Dichiarazione del Parlamento del 30 agosto del 1991, il Parlamento della Repubblica dell’Azerbaigian, il 18 ottobre del 1991, ha adottato la legge costituzionale sull’indipendenza statale della Repubblica dell’Azerbaigian, che ha gettato le basi della struttura statale, politica ed economica dell’Azerbaigian indipendente.
Da quel giorno, l’Azerbaigian ha restaurato la sua indipendenza, e il 18 ottobre è stato dichiarato Giorno dell’Indipendenza dello Stato.
“Il Nodo di Gordio” rivolge all’Azerbaigian e a tutti gli Azerbaigiani un caloroso augurio di Buona Festività, allegando un testo in lingua azera redatto dal prof. Togrul Ismayil, politologo e storico collaboratore del nostro think tank.
18 Oktyabr Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. Bu gün Vətənimizin bir hissəsinin dövlət müstəqilliyini bərpa etməsindən 23 il ötür.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.
1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilir. Referendum bülleteninə bir sual yazılır: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxır.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir.
18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir.
XX əsrin sonlarında SSRİ-nin süquta uğraması Azerbaycan xalqı yenidən müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
Qoy hər zaman səmalarımızda ,meydanlarımızda üçrəngli, ay – ulduzlu bayraqlarımız dalğalansın.
Bayramımız mübarək, ey azadlıq aşiqləri!!!